...

Bakıda daha bir elektrik mühərrikli avtobus xəttə buraxıldı

Cəmiyyət Materials 29 Mart 2024 16:51 (UTC +04:00)
Bakıda  daha bir elektrik mühərrikli avtobus xəttə buraxıldı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“BakuBus” 5 nömrəli marşrut xəttinə elektrik mühərrikli avtobus buraxıb.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

Məlumat üçün bildiririk ki, uzunluğu 24.4 km olan marşrut xətti 20 ci Sahə-Nərimanov istiqamətində fəaliyyət göstərir.

Qeyd edək ki, dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin ZhongTong Bus şirkətindən test məqsədilə alınan 1 ədəd elektrik avtobusu 12 metrlikdir. 34 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 80 nəfərdir. Batareya gücü 373 kVt/saat olan avtobus tam enerji dolumunda 250 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti