...

AYNA taksilərin rəngi ilə bağlı məsələyə aydınlıq gətirib

Cəmiyyət Materials 2 Aprel 2024 16:25 (UTC +04:00)
AYNA taksilərin rəngi ilə bağlı məsələyə aydınlıq gətirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağ və qırmızı rəng tələbi 1 iyul 2024-cü il tarixindən sonra ölkəyə gətirilən və ölkədə istehsal edilən taksilərə aiddir.

Trend-in Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, vətəndaşın başqa rəngdə avtomobili varsa, bu avtomobil üçün indi və 1 iyul 2024-cü il tarixindən sonra da icazə ala bilər.

Qeyd edək ki, martın 28-də bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.

Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalıdır. Taksi minik avtomobilinin damında öndən və arxadan görünməklə “Taksi” sözü yazılmış, damın həndəsi ortasında uzununa oxu avtomobilin uzununa oxuna perpendikulyar olmaqla statik bərkidilmiş yandırılıb söndürülə bilən sarı rəngli fənər (avtomobilin konstruksiyasında xüsusi “taksi” fənəri nəzərdə tutulduqda əlavə fənər qoyulmur) və ya hər iki tərəfdən ön və arxa qapılarının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlılardan ibarət kompozisiyalı fərqləndirici nişanı qoyulduqda, bu Tələblərin 2 nömrəli əlavəsində göstərilən qaydada olmalıdır.

Taksi minik avtomobilində sərnişinin daşınmasını bildirən xüsusi cihaz yerləşdirildikdə həmin cihaz avtomobilin alın şüşəsinin yuxarı sağ küncündə və ya taksi fənərinin yanında yerləşdirilməli və həmin avtomobilin boş və ya dolu olduğunu bildirməklə müvafiq olaraq qırmızı və yaşıl rəngdə işıqsaçan olmalıdır.

Rəng tələbi 2024-cü il iyulun 1-dən ölkə ərazisinə idxal edilən və ya ölkə ərazisində istehsal edilən avtonəqliyyat vasitələrinə şamil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti