...

Azərbaycanda bu gecə ehtimal edilən növbəti Qədr gecəsidir

Cəmiyyət Materials 5 Aprel 2024 11:11 (UTC +04:00)
Azərbaycanda bu gecə ehtimal edilən növbəti Qədr gecəsidir
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən növbəti Qədr (əhya) gecəsidir.

Trend xəbər verir ki, Qədr gecəsi Ramazan ayının 26-dan 27-nə, yəni aprelin 5-dən 6-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Bundan başqa, Şəvval ayının 1-i (10 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti