...

Hansı hallarda ünvanlı sosial yardım yenidən təyin edilə bilər?

Cəmiyyət Materials 5 Aprel 2024 12:01 (UTC +04:00)
Hansı hallarda ünvanlı sosial yardım yenidən təyin edilə bilər?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sosial yardım sahəsində davamlı şəkildə islahatlar keçirilir.

Trend xəbər verir ki, bu barədə DOST TV-nin canlı yayımında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

"Ailənin tərkibində və gəlirlərində dəyişiklik baş vermədiyi halda və ailə tərkibində üç uşaq olduqda, əmək qabiliyyətinin 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilən şəxs olduqda ünvanlı yardım maddi-məişət şəraitinin müayinəsi aparılmadan yenidən təyin olunacaq", - deyə o bildirib.

Əvvəl ailənin gəlirlərində dəyişiklik olduqda, ünvanlı sosial yardım dayandırılırdı, vətəndaş yenidən müraciət etməli olurdu. İndi isə ailə gəlirlərində dəyişiklik olduğu halda sosial yardım dayandırılır amma vətəndaşın yenidən müraciətinə ehtiyac olmur. Sistem özü yeni gəlirlərə uyğun yardım hüququna baxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti