...

Sifariş operatoru ilə işləyən taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur - RƏSMİ

Cəmiyyət Materials 6 Aprel 2024 13:31 (UTC +04:00)
Sifariş operatoru ilə işləyən taksilərə taksometr quraşdırmağa ehtiyac yoxdur - RƏSMİ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda taksi sifarişi operatorları ilə işləyən taksi minik avtomobillərinə taksometrin quraşdırılmasına ehtiyac yoxdur.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.

"Taksi sifarişi operatorlarının proqram təminatı taksometr funksiyasını yerinə yetirir. Gedişhaqqı proqram təminatı ilə hesablanır", - açıqlamada qeyd olunub.

Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti