...

Yol polisindən velosipedçilərə ÇAĞIRIŞ

Cəmiyyət Materials 9 Aprel 2024 17:44 (UTC +04:00)
Yol polisindən velosipedçilərə ÇAĞIRIŞ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) velosipedçilərə çağırış edib.

Bu barədə Trend-ə idarədən məlumat verilib.

Bildirilir ki, respublikamızın və paytaxtın avtomobil yollarında velosipedçilər yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər.

"Velosipedçilərin avtomobil yolunun hərəkət hissəsində düzgün olmayan hərəkətləri təhlükə yaradır, qəza riskini artırır.

Yollarda xüsusi velosiped zolaqları olmadıqda velosipedçilər yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir. Velosipedçilər təhlükəsizlik dəbilqələrindən istifadə etməli, yol hərəkəti qaydalarını bilməli və yerinə yetirməli, xüsusilə yolun hərəkət hissəsində xaotik hərəkətlərdən çəkinməlidirlər.

Diqqətə çatdırırıq ki, velosipedçilər tərəfindən yol hərəkəti qaydalarına ciddi riayət edilməli, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliklərinə məsuliyyətlə yanaşmalıdırlar. Qaydalara əməl etməyən velosipedçilər qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti