...

Yeni Kaledoniya Konqresinin komitə sədri Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2024 12:20 (UTC +04:00)
Yeni Kaledoniya Konqresinin komitə sədri Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində olub.

Trend xəbər verir ki, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete kilsənin tarixi, burada katoliklərin ibadət etmələri üçün yaradılan şərait barədə qonaqlara məlumat verib.

Bildirilib ki, bu kilsənin yerləşdiyi ərazi Roma-katolik kilsəsinin ənənəsinə uyğun olaraq təqdis edilib. Rəsmi açılışı 2008-ci ilin martında keçirilən kilsədə eyni vaxtda 250-300 nəfər ibadət edə bilir.

Yepiskop 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Müqəddəs Ruhun həvarilərə nazil olmasını təsvir edən klassik vitrajın və Müqəddəs Rozariyanın dualarındakı sirlərdən bəhs edən keramik pannonun kilsəyə hədiyyə olunduğu barədə də Yeni Kaledoniya nümayəndə heyətinə məlumat verib.

Fotoguşə və eksponatlarla ətraflı şəkildə tanışlıq qonaqlarda xoş təəssürat oyadıb.

Qeyd edək ki, Bakıdakı Müqəddəs Məryəm Kilsəsi 1915-1931-ci illərdə mövcud olmuş Müqəddəs Bakirə Məryəmin kosteli ilə eyni adı daşıyır. Kilsə 2006-2007-ci illərdə əsaslı bərpa edilib.

Xəbər lenti

Xəbər lenti