...

Elə məktəb var orada problem az, eləsində isə çoxdur - Nazir

Cəmiyyət Materials 18 Aprel 2024 16:29 (UTC +04:00)
Elə məktəb var orada problem az, eləsində isə çoxdur - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qaydalar olmayanda, insanların davranış problemi olur.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair tədbirdə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, elə məktəb var orada problem az, eləsində isə çoxdur.

“Bu məktəbin kontingentinin sosial-iqtisadi vəziyyətinin daima yenilənməsi ilə əlaqədardır. Şagirdlərin sosial şəbəkə aslılığı ilə bağlı ciddi tədqiqat aparılmalıdır.

“Məktəbli dostu” layihəsi nə qədər uzun olacaqsa, deməli biz həmin müddətdə məktəbi islah etməmişik ki, məktəblinin dostuna ehtiyacımız var. Arzumuz odur ki, məktəblinin dostuna ehtiyacımız olmasın. Amma proqnozlara əsasən onlara uzun müddət ehtiyac olacaq”,- deyə E.Əmrullayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti