...

Bakıda əyləncə mərkəzindəki yanğın söndürülüb (VİDEO) (YENİLƏNİB)

Cəmiyyət Materials 20 Aprel 2024 20:23 (UTC +04:00)
Bakıda əyləncə mərkəzindəki yanğın söndürülüb (VİDEO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının 7-ci mikrorayon ərazisində yerləşən əyləncə mərkəzindəki yanğının qarşısı alınıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata əsasən, hadisə binanın beşinci mərtəbəsində baş verib.

Bildirilib ki, havalandırma matorunda qısaqapanma olub və ani alovlanma baş verib: "Əməkdaşlar tərəfindən baş verə biləcək yanğının qarşısı alınıb. FHN-in Yanğınla mübarizə qüvvələri əraziyə cəlb olunsa da, müdaxiləyə ehtiyac olmayıb”.

xxx

16:41

Bakıda “Azadlıq” metrostansiyasının yaxınlığında yanğın başlayıb.

Trend xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Qeyd edilir ki, yanan obyekt əyləncə mərkəzi kimi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti