...

Füzuliyə köçürülən daha 39 ailəyə mənzillərin açarları təqdim olundu (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 22 Aprel 2024 13:52 (UTC +04:00)
Füzuliyə köçürülən daha 39 ailəyə mənzillərin açarları təqdim olundu (FOTO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

Trend xəbər verir ki, 39 ailə olmaqla, 172 nəfər Füzuli sakini doğma yurduna qovuşub.

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Qasımov və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

xxx

12:01

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan və respublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Trend xəbər verir ki, Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 39 ailə olmaqla, 172 nəfər Füzuli sakini öz yurduna qovuşub.

Bugünkü köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış (Bakı şəhərindən 24 ailə (115 nəfər), Sumqayıt şəhərindən 5 ailə (22 nəfər), Füzuli rayonundan 4 ailə (10 nəfər), Beyləqan rayonundan 3 ailə (12 nəfər), Abşeron rayonundan 2 ailə (7 nəfər), Şamaxı rayonundan 1 ailə (6 nəfər) ailələrdən ibarət olub.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.

Bununla da Füzuli şəhərində 705 ailənin, yəni 2689 nəfərin məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti