Bakı. Trend:
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan
Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası
arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin
qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsində əksini
tapıb.
Müzakirələrdən sonra hər iki məsələ səsverməyə qoyularaq qəbul
edilib.