...

Azərbaycan vətəndaşları dünyanın top 10 universitetlərinə qəbul olub - Nazir

Cəmiyyət Materials 15 May 2024 11:43 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilki xaricdə təhsil proqramı üzrə bu günə olan statistikaya görə 220 nəfər sənəd verib.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, son illər məktəblilər arasında təşkil edilən müsabiqələrə təxminən 40 min məktəblinin qatılması ölçülə bilən nəticələri görməyə kömək olur.

"Əvvəlki xaricdə təhsil proqramları ilə müqayisədə son illər dünyanın ən qabaqcıl universitetlərinə yerli tələbələrin qəbul sayında xeyli dəyişiklik var.

Azərbaycan vətəndaşları dünyanın top 10 universitetlərinə qəbul olub. Hətta proqram siyahısından kənar qabaqcıl ali təhsil müəssisələrinə tam təqaüdlə qəbul olan tələbələrimiz var. Olimpiada qalibi olanların bu sahədə sayı daha çoxdur", - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti