Bakı. Trend:
Bu gün biz rəqəmsal məkanlarımızı qorumaqda ön sıralardayıq.
Trend xəbər verir ki, bu barədə bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi general – mayor Azər Əhədov Dövlət qurumlarınının İT rəhbərlərinin IV Zirvə Toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, rabitə və informasiya texnologiyaları sahəsində hüquqi əsasların yaradılması, insan amilinin inkişafı, elektron hökumətin, elektron ticarətin formalaşması, ölkənin iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması kimi fundamental məsələlərin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
“Azərbaycanın İKT sahəsindəki fəaliyyəti məhz Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Bu gün informasiya texnologiyalarının əhəmiyyəti və onlardan geniş istifadənin vacibliyi ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi diqqətində olan məsələlərdəndir”, - o əlavə edib