Bakı. Trend:
Orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin attestasiyası axrıncı dəfə 1994 – cü ildə tətbiq edilib. Bundan sonra təhsil sistemində çalışanların biliklərinin yoxlanılamsı üçün heç bir addım atılmayıb. Yalnız 2014- cü ildə müəllimlərin diaqnostik imtahanarı keçirilməyə başlandı. 2017-ci ilə qədər davam edən prosesdə 142 mindən çox müəllim iştirak etdi ki, onların 45 faziə qədərinin nəticəsi qənaətbəxş deyildi. Ona görə də yeni bir yoxlama mexanizminə keçmək lazım idi. Artıq 2 ildir ki, tətbiq edilən sertifkasiya attestasiyanın adının dəyişdirilmiş formasıdır.
Bu barədə Trend-in suallarını cavablayarkən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi rəhbəri Kamran Əsədov deyib.
O qeyd edib ki, sertifikasiya mahiyyəti müəllimləri peşəkarlıq səviyyəsi və peşə yararlılığını ölçmək üçün olan prosedurdur. Cəmiyyət, təhsil mütəxəssisləri və digər tərəfdə təhsil nazirliyi də bilir ki, Azərbaycan təhsilində müəllim peşəkarlığı lazım olan səviyyədə deyil.
"Hesab edirəm ki, bu proses ən yaxşı təhsilverənlərin müəyyənləşdirilməsinə, tədrisin keyfiyyətinin qaldırılması üçün minimal səviyyədə bir standartın tətbiq edilməsinə imkan verəcək.Sertifikasiyanın 60 yaşdan yuxarı olanlar üçün könüllü olması planlaşdırılır, amma onlar 65 yaşdan sonra işə davam etmək istəyirlərsə, mütləq bu prosesə qoşulmalıdır.
Sertifikasiya ilə attestasiyanın oxşarlığı osa da, müəyən fərqləri var. Belə ki, birincisi sertifikasiya tam şəkildə attestasiya deyil. Sertifikasiya alan müəllimə onun bilik və bacarığına müvafiq olaraq, differensial əmək haqqı da tətbiq edilir. Hazırda ölkədə müəllimlərə əmək haqqı yalnız onların təhsil səviyyəsinə və stajına uyğun verilir. Amma differensial əmək haqqı tətbiq olunandan sonra artıq müəllimə təhsilinə və stajına görə deyil, onun bilik və bacarığına, yəni sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əmək haqqı verilir ki, bu da çox ədalətlidir.
Qeyd edim ki, Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və
metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı
bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin
özünün xidmət etdiyi konkret istiqaməti var. Amma Sertifikasiyanın
daha geniş formatda olması çox yaxşıdır.
Hesab edirəm ki, Attestasiyanın yerinə tətbiq edilən Sertifikasiya
zamanı müəllim yalnız test imtahanı vermir, o, həm də müsahibə
mərhələsindən keçir ki, müəllimlərdən bilik və bacarıqlardan başqa
pedaqoji bacarıqların da yoxlanılmasına imkan verir" - deyə o
bildirib.
Ekspert həmçinin, indiyə qədər keçirilən sertifikatlaşdırmanın nəticələrinin təhlilini qeyd edib.
"Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 11 211 ibtidai sinif müəllimi iştirak edib. Onlardan 8 min 843-ü keçid balını toplayıb. Müsahibə mərhələsində 8 min 784 nəfər təhsilverən iştirak edib və onlardan 8 min 751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 mindən çox müəllimin vəzifə maaşına 35, 30-50 bal toplamış 5 mindən çox müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib.
2022-ci ildən sertifikasiyadan keçməyən müəllimlərə 2023-cü ildə yenidən şans verilib və yekunda təkrar sertifikatlaşdırmadan 743 keçməyib. Bu nəticələri təhlil edəndə görürük ki, sertifikasiyadan keçməyən 500-ə qədər müəllimə bərabərlik prinsipi pozularaq yanaşılıb. Belə ki, 443 ümumi təhsil müəssisəsi üzrə təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimdən yalnız 264 nəfərinin tam sinif apardığını, qalanlarına isə yığma dərslərin verildiyini nəzərə alsaq, bu müəllimlərin uzun müddət ixtisası üzrə dərs aparmadığını görürük. İxtisasl ibtidai müəllim olsa da, bu insanlar uzun müddət öz ixtisasları üzrə işləməyiblər, onlara ixtisasları üzrə dərs verilməyib.
Təhlil nəticəsində bu müəssisələrdə ibtidai sinif müəllimlərinin orta dərs yükünün 19 saatdan 22,5 saata yüksəldiyi müəyyən edilib ki, bu da şübhəsiz, həm pedaqoji kadr sıxlığı ilə bağlı gərginliyin aradan qaldırılmasına, həm də dərs yükünün artması ilə əlaqədar müəllimlərin rifahının yaxşılaşdırılmasına xidmət edib.
İndiyə qədər keçirilən sertifikasiya imtahanlarında bəzi xoş olmayan hallar da yaşanıb. Belə ki, təəsüfləndirici bir neçə hal baş verib. Birincisi müəllimlər imtahana gələrkən şəxsiyyətlərini təstiq edən sənədləri gətirmirlər. İkincisi, müəllim olmalarına baxmayaraq, imtahana əlavə köməkçi vasitələr, , konspektlər keçirməyə, ərtafdan kömək almağa, köçürməyə cəhd edirlər. Ən təəsüfləndirici hal isə onların göstərdikləri imtahan nəticələri ilə bağlıdır. Müəllimlər arasında, əsas da ibtidai sinif müəllimləri arasında 4-5-6 bal toplayanlar var", - elspert əlavə edib.
O bildirib ki, test mərhələsindən sonra Nazirlər Kabinetinin 2020-ci aprel 155 nömrəli qərarına əsasən, müəllimlərin 5 istiqamət üzrə müsahibə mərhələsində bilikləri yoxlanılacaq.
"Bunlar pedaqoji təhsilin təşkili, tədrisin həyata keçirilməsi, ünsiyyət, qiymətləndirmə və təqdimetmə kimi fəaliyyət növləridir. Burada müəllimin kommunikativ bilikləri də nəzərə alınacaq.
İstənilən halda sertifikasiya hansısa bir müsabiqə deyil, bu imtahan hazırda müəllimlərin peşəkarlıq səviyyəsini yoxlayır. Təhsilverənlərin böyük bir hissəsi hazırlıqlardadır. Bu qəbuledilməz haldır. Reallıq ondan ibarətdir ki, indiyə qədər müəllimlərin hazırlığı minumum tələblərə cavab verməyib. Amma bundan kədərlənmək də lazım deyil. Reallığı ondan ibarətdir ki, müəllimlər hazırlıqlara, kurslara gedib, nə isə öyrənirlər və öyrəndiklərini sonradan tədrisə tətbiq edəcəklər. Bu da müəllim peşəkarlığının artmasına gətirib çıxaracaq. Növbəti illərdə həmin bu vəziyyətin müsbət nəticələrini görə biləcəyik.
Müəllim hər gün mütaliə edib işinə yaradıcı yanaşmalıdır. Artıq müəllimlər sertifikasiya imtahanı ilə bağlı olduqca məlumatlıdırlar, ona görə də bu il böyük çətinlik yaşayacaqlarını düşünmürəm. Sadəcə olaraq Xarici dil müəllimlərinin sertifikasiya imtahanına ciddi yanaşmalıyıq. Çünki bu sahədə müəyyən boşluqlar olduğunu görə bilirik", - ekspert vurğulayıb.