...

168 müəssisədə nöqsanlar aşkarlanıb

Cəmiyyət Materials 11 İyun 2024 17:35 (UTC +04:00)
168 müəssisədə nöqsanlar aşkarlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Trend-ə verilən məlumata görə, iyunun 6-dan 10-dək 54 ticarət və 115 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 54 ticarət və 114 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlar qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın yoxluğu, məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması, izləmə sisteminin (QR kod) tətbiq olunmaması, mal qonşuluğu prinsipinin pozulması, temperatur rejiminin gözlənilməməsi, süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin qoyulmaması, etiket məlumatları və mənşəyi məlum olmayan məhsulların mövcudluğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qeyri-qənaətbəxş vəziyyəti, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi və sanitar geyimlə təmin edilməməsi və s. səbəblərlə əlaqədardır.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.

“Nəzarət tədbirləri COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar ölkəyə gələcək xeyli sayda xarici qonaqlara yüksək səviyyədə və təhlükəsiz qidalanma xidmətlərinin göstərilməsi məqsədilə həyata keçirilir”, - deyə AQTA-dan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti