...

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitinin birinci günü başa çatıb (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 18 İyun 2024 18:00 (UTC +04:00)
Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitinin birinci günü başa çatıb (FOTO) (YENİLƏNİB)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitinin birinci günü başa çatıb.

Trend xəbər verir ki, sammit öz işini sabah davam etdirəcək.

xxx

09:24

Bakıda COP-dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə başlayıb.

Trend-in məlumatına görə, sammitin məqsədi səhiyyə sahəsində qazanımların, iqlim dəyişikliyi kontekstində, dünyada ən həssas icmalara diqqət yetirməklə qorumaq və genişləndirməyə dəstək olmaqdır.

Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu-Dabidə baş tutmuş sammitin uğuruna əsaslanacaq.

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib ki, COP29 həm də səhiyyə problemlərinin həllinə yönəlib. Azərbaycanın bu tədbirə ev sahibliyi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

O qeyd edib ki, iqlim dəyişikliyi insan sağlamlığına ciddi təsir edir.

“İqlim dəyişikliyinin təsirləri getdikcə artır. Biz daha dayanıqlı gələcək üçün çalışmalıyıq”, - deyə o əlavə edib.

Nazir5 müavini bildirib ki, COP29-da nə qədər ölkənin iştirak edəcəyi barədə indidən proqnoz vermək tezdir.

"Təşkilati məsələlər və hazırlıqlar vaxt cədvəlinə uyğun olaraq qaydasında gedir. Bütün işləri vaxtında çatdıracağıq", - deyə o əlavə edib.

COP29 ərəfəsində quru sərhədlərinin açılması ilə bağlı məsələyə münasibət bildirən nazir müavini bu məsələ ilə bağlı münasib bildirməyin Nazirlər Kabinetinin səlahiyyətində olduğunu diqqətə çatdırıb.

COP28-in sədri Məcid Əl Suvaidi bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ölkələr birgə çalışmalı, həmrəylik etməlidir.

O qeyd edib ki, səhiyyə sahəsində maliyyələşmənin həyata keçməsi vacib əhəmiyyət daşıyır. “Bunu üçün biz birgə çalışmalıyıq”, - deyə o əlavə edib.

“Sağlam Gələcəklərin Proqnozlaşdırılması” təşkilatlarının idarəedici direktoru Kelli Uillis deyib ki, iqlim dəyişikliyinin qarşısının alınması üçün birgə addımlar atılmalı, bu sahəyə investisiya ayırılmalıdır.

O qeyd edib ki, bu gün dünyada 3 milyarddan çox insan iqlim dəyişikliyindən əziyyət çəkir.

“İqlim dəyişikliyi bütün sahələrə mənfi təsir göstərir".

O bildirib ki, bunun qarşısının alınması üçün birgə addımlar atılmalıdır:

“Bu sahəyə investisiya ayırılmalıdır. Həmçinin, BMT üzvü olan ölkələr öz öhdəliklərini yerinə yetirməlidir”, - deyə o əlavə edib.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Sammitin iştirakçılarına videomüraciətində deyib:

"Biz Azərbaycanla yaxından əməkdaşlıq edirik. Səhiyyə mövzusunun COP29-a daxi edilməsini yüksək qiymətləndirirəm".

O qeyd edib ki, iqlim dəyişikliyi getdikcə daha da dərinləşir.

“Birgə fəaliyyət olmasa, iqlim dəyişikliyi daha da geniş vüsət alacaq və ölkələrə ciddi təsir edəcək. Birgə fəaliyyət ilə iqlim dəyişikliyinə qarşı effektiv mübarizə apara bilərik”, - deyə o əlavə edib.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı deyib ki, iqlim dəyişikliyi insan sağlamlığına mənfi təsir göstərir. Qlobal istiləşmə, iqlim dəyişikliyi getdikcə daha geniş vüsət almaqdadır.

O qeyd edib ki, bütün səhiyyə işçiləri birinci növbədə inanmalıdırlar ki, qlobal istiləşmə gedir.

“Yəni hava isinir, bunu biz etmişik və həll edə bilərik. Bu istiqamətdə kifayət qədər tədqiqat aparılıb. Lakin mən özüm də bir səhiyyə işçisi olaraq iqlim dəyişikliyi və qlobal istiləşmə ilə bağlı aparılan işlərə kifayət qədər cəlb edilmədiyimizi düşünürəm", - deyə o əlavə edib.

Qeyd edək ki, “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq Abu-Dabidəki sammitdə elan edilmişdi. Bu il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar və çağırışları müzakirə etmək üçün bir araya gələcək.

Xəbər lenti

Xəbər lenti