Bakı. Trend:
Nəqliyyat vasitələrinin velosiped zolağından istifadə qaydaları
müəyyən edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna
dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, velosiped zolağı qırıq-qırıq nişanlama
xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat
vasitələri dönərkən bu zolağa keçə bilərlər.
Avtomobil yollarında eyni zamanda velosiped zolağı və ümumi
istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaq
tətbiq oluna bilər. Bu halda velosiped zolağı ümumi istifadədə olan
nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqdan sağ tərəfdə
ayrıca tətbiq olunmalıdır.
Velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat
vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti,
dayanması və ya durması qadağandır.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda
qəbul edilib.
Nəqliyyat vasitələrinin velosiped zolağından istifadə qaydaları müəyyən edilir
