Zəngilan. Trend:
Xəbər verdiyimiz kimi, “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı işini Zəngilan rayonunda panel iclaslarla davam etdirir.
Trend-in Qarabağ bürosu xəbər verir ki, iştirakçılar tədbir çərçivəsində Zəngilan şəhər məscidini ziyarət ediblər.
Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir. Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.
Xatırladaq ki, toplantının ilk iki günü Bakıda (19-20 iyun) keçirilib.