Baı. Trend:
22 iyun 2024-cü il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı, tələbə və magistrantları Lənkaran rayonunun ərazisində yerləşən Hirkan Milli Parkına ediblər. İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində baş tutan ekskursiyada MDU-nun Mühəndislik fakültəsinin, Fizika və ekologiya, İqtisadiyyat kafedralarının bir qrup əməkdaşı, "Turizm işinin təşkili", "Ekologiya mühəndisliyi" və "Ekologiya" ixtisaslarının tələbələri, "Ətraf mühitin mühafizə metodları və bərpası" və "Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması" ixtisaslaşmalarının magistrantları və universitetin Tələbə Gənclər Təşkilatının bir qrup fəalları iştirak edib.
Universitetdən Trend-ə bildirilib ki, ekskursiya zamanı MDU kollektivi Hirkan Milli Parkına daxil olan göl ətrafı və düzən meşə ərazilərinə tur bələdçisi Mətin Mahmudovun müşayiətində ziyarət edərək oranın bitki örtüyü, relyef quruluşu və turizm potensialı imkanları ilə tanış olublar.
Həmçinin, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər
İdarəsinin nümayəndələri Bəxtiyar Hüseynov və Vasif Səfərov, Milli
Parkın ərazisində ekskursiyada olan MDU kollektivinə buranın
tarixi, ərazi üzrə bölgüsü, ümummilli lider Heydər Əliyevin
göstərdiyi diqqət və qayğı, Azərbaycanın zəngin flora və faunasında
milli parkın oynadığı mühüm rol barədə məlumat veriblər.
Tələbələrin bilik və bacarıqlarının artırılmasında bu tip
ekskursiyaların əhəmiyyətli rol oynadığını diqqətə çatdıraraq, bunu
təqdirəlayiq addım kimi qiymətləndiriblər. B.Hüseynov müəllifi
olduğu "Azərbaycan təbiəti: Dünən bu gün və sabah" və "Qarabağın
təbiəti və ekologiyası" adlı kitabları MDU kollektivinə hədiyyə
edib. MDU kollektivi göstərilən diqqət və xoş sözlərə görə idarənin
və Milli Parkın nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.
Daha sonra, MDU kollektivi M.Əliyev adına Lənkaran şəhər
Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər. Muzeyin direktoru,
Lənkaran Dövlət Universitetinin dosenti Leyla Məcidova XIX əsrə aid
yerli əhəmiyyətli memarlıq abidəsi olan Mirəhməd xanın yaşayış
evində yerləşən muzey barədə ekskursiya üzvlərinə məlumat verib.
L.Məcidova bildirib ki, bina Talış xanı Mirəhməd xanın sifarişi ilə
həyat yoldaşı Tuğra xanımın şərəfinə Avropadan dəvət olunan
memarlar tərəfindən ucaldılmışdır. Muzeydə Lənkaranın keçmişdən
günümüzə doğru dəyişən tarixi, ziyalıları haqqında məlumatlar,
burada aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar və
müxtəlif yaradıcılıq işləri sərgilənir.
Ekskursiya iştirakçılar tərəfindən maraqla qarşılanıb və davamlı olması arzulanıb.