...

İsmayıllıda torpaq sürüşməsi - Rayon mərkəzi ilə əlaqə kəsildi - VİDEO

Cəmiyyət Materials 27 İyun 2024 11:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər yağan güclü leysan yağışlardan sonra İsmayıllının Qoydan kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb.

Trend xəbər verir ki, dağlardan gələn lil qatı kəndin yollarını bağlayıb, avtomobillərin hərəkəti məhdudlaşıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Kəndə gedən yol çay ərazisindən keçir və hazırda çayda suyun çox olması səbəbindən əraziyə texnika və işci qüvvəsi cəlb etmək mümkün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti