Bakı. Trend:
Son günlər mişardaşının pərakəndə satışında qiymət artımı müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov deyib.
“Xəbər doğrudur, ancaq burada müəyyən təfsilata ehtiyac var. Çünki mişardaşının qiymətinin artmasına bir yox, bir neçə səbəb təsir edir. Əvvəla, hər yay mövsümündə tikinti materialları bazarında bu və buna bənzər hallar gündəmə gəlir.
Bundan başqa yük avtomaşınlarının tutumuna texniki nəzarətin gücləndirilməsi, yanacaq qiymətləri, sərbəst ticarət amili mişardaşı qiymətlərinə təsir edə bilər. Sözügedən amillər mahiyyət etibarilə Agentliyin fəaliyyət sferasına daxil deyil”,- deyə o bildirib.