...

Cinayətdə şübhəli bilinən 34 nəfər saxlanılıb - DİN

Cəmiyyət Materials 30 Avqust 2024 10:04 (UTC +04:00)
Cinayətdə şübhəli bilinən 34 nəfər saxlanılıb - DİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 29-da ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 35, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti