...

Bu bölgələrdə də peşə hazırlığı mərkəzləri yaradılır

Cəmiyyət Materials 10 Sentyabr 2024 11:39 (UTC +04:00)
Bu bölgələrdə də peşə hazırlığı mərkəzləri yaradılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən regionlarda işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığı infrastrukturunun genişləndirilməsi işləri davam etdirilir.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilib:

"Hazırda Qubada Regional Peşə Hazırlığı Mərkəzinin inşası işləri davam edir. Masallı, Sabirabad və Şəkidə də regional peşə hazırlığı mərkəzlərinin tikilməsi üçün layihələndirmə işləri aparılır. Qeyd olunan mərkəzlərdə işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlığının həyata keçirilməsi üçün hər cür şərait yaradılacaq.

Tədris olunan peşələr üzrə sinif, instruksiya otaqları ilə yanaşı, emalatxanaların da fəaliyyət göstərəcəyi mərkəzlər peşə tədrisi üçün müasir avadanlıqlarla təchiz olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti