...

Ölkəyə gətirilən hind quşu məhsulunda bakteriya aşkarlanıb

Cəmiyyət Materials 13 Sentyabr 2024 14:55 (UTC +04:00)
Ölkəyə gətirilən hind quşu məhsulunda bakteriya aşkarlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana idxal olunan hind quşu subməhsulunda salmonella bakteriyası aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, “TFL-CO.” MMC-nin Rusiyadan idxal etdiyi “Soyuzpromptisa” MMC-yə məxsus, ümumi çəkisi 684 kq olan üç hind quşu subməhsulu partiyasından götürülən nümunələrin müayinəsi nəticəsində salmonella bakteriyası aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti