Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qıraqlı kənd sakini, şəhid Tapdıq Xələfovun ailəsini ziyarət edib. Elnur Rzayev şəhid ailəsi ilə həmsöhbət olub, qayğıları ilə maraqlanıb.
Trend xəbər verir ki, icra başçısı 2024-2025-ci tədris ilində birinci sinifə qədəm qoyacaq şəhidimizin qızı Aysu Xələfovanı təbrik edib, təhsildə uğurlar arzulayıb.
Şəhidin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə Aysu Xələfovaya məktəbli ləvazimatları və xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Tapdıq Xələfov 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıq. Prezident İlham Əliyevin sərəncamına əsasən şəhid Tapdıq Xələfov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif olunub.