...

Bu ilin 8 ayında 5 tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Cəmiyyət Materials 16 Sentyabr 2024 11:55 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-avqust ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, aşkarlanmış faktlar üzrə dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 092 kiloqram 868,748 qram narkotik vasitələrin və psixotrop maddələrin 471 kiloqram 204,959 qramını heroin, 4 ton 178 kiloqram 838,75 qramını marixuana, 127 kiloqram 993,641 qramını tiryək, 30 kiloqram 959,401 qramını həşiş, 164 kiloqram 202,097 qramını psixotrop maddələr, 119 kiloqram 669,9 qramını digər narkotik vasitələr təşkil edib.

Həmçinin göstərilən dövr ərzində 14 min 768 ədəd metadon, 12 min 621 ədəd çətənə kolu, 44 qram və 240 ədəd güclü təsir edən maddə dövriyyədən götürülüb.

Xəbər lenti

Xəbər lenti