Bakı. Trend:
"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarda nasazlıq ehtimalı ilə əlaqədar sərnişinlər "Elmlər Akademiyası" stansiyasında düşürülüb.
Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
“Maşinist qapıya baxış keçirib, lakin əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sernişinlər düşürülərək qatar eletrik deposuna yola salınıb”, - deyə, bildirilib.
Xətlər üzrə yubanma 4 dəqiqə təşkil edib.