Bakı. Trend:
2024-cü il sentyabrın 30-da Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə ilk iclası keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov iclasın gündəliyində duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda “2024/2025-ci tədris ili üçün Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının iş planının təsdiq edilməsi haqqında”, “2023/2024-cü tədris ilinin yaz və yay imtahan sessiyasının yekunları haqqında”, “2024/2025-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun yekunları haqqında” və “2024/2025-ci tədris ilində qarşıya qoyulan vəzifələr haqqında” hesabatlar dinlənilib. Hər bir hesabat ayrılıqda aparılan müzakirələrdən sonra Elmi Şura üzvlərinin müvafiq təklif və tövsiyələri nəzərə alınmaqla qəbul olunub.
Elmi Şuranın iclası cari məsələlərə baxılmaqla davam edib.
Sonda, Ü. Zeynalov yeni tədris ilinin başlaması münasibətilə MDU kollektivini təbrik edib, hər kəs üçün uğurlu olmasını arzulayıb.