...

15 bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlandı

Cəmiyyət Materials 15 Oktyabr 2024 16:51 (UTC +04:00)
15 bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlandı
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bioloji aktiv qida məhsulları (BAQM) ilə bağlı həyata keçirilən nəzarət tədbirləri çərçivəsində ümumilikdə 11 şirkətə məxsus 15 məhsulda uyğunsuzluq aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Belə ki, həmin məhsulların bitki tərkibli olduğu bəyan edilsə də, aparılan müayinələr nəticəsində nümunələrdə BAQM-in tərkibində olmasına yol verilməyən təsiredici maddələr aşkarlanıb. Bu isə həmin məhsulların tərkib və etiket məlumatları ilə bağlı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə yanaşı, BAQM adı ilə istehlakçılara qida məhsullarının tərkibində istifadəsinə yol verilməyən məhsulu təklif etməklə onların sağlamlığı üçün ciddi problemlərin meydana çıxmasına səbəb ola bilər.

Faktla bağlı bu müəssisələrə məxsus anbarlarda aşkarlanmış ümumilikdə 7 362 ədəd məhsulun satışı qadağan edilib və bu günədək 2 550 ədəd məhsulun aptek şəbəkələrindən geri çağırılması təmin olunub. Hazırda bu proses davam etdirilir.

Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırmalar davam etdirilir.

Uyğunsuzluq aşkar edilmiş məhsullar aşağıdakılardır:

Məhsulun adı İstehsalçı İdxalçı Məhsulun partiya/seriya nömrəsi, istehsal və son istifadə tarixləri Aşkar edilmiş uyğunsuzluq
1. "Sessoday" "Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth. İhr. San. ve Tic. Ltd. Şti"; Türkiyə Respublikası "Bion Medical" MMC SD00522; 01.05.2023-01.05.2026 Tadalafil
2. "Kenzo Man" "XM World Wide Marketing Kozmetik İlaç Pazarlama San. Dış Tic. Ltd. Şti"; Türkiyə Respublikası KM00525; 01.11.2023-01.11.2026
3. "Kentavr" "Vitapharm-Com" MMC; Moldova Respublikası KTV/C-010122; 04.01.2022-04.01.2025 Sildenafil
4. "Klavin Platinum" "Vitapharm-Com" MMC; Moldova Respublikası "Miral" MMC CVP/C-020220; 15.11.2023-15.11.2026 Sildenafil
5. "Atom" "Vitapharm-Com" MMC; Moldova Respublikası "Biogen Pharm" MMC ATM/C-010423; 24.07.2023-24.07.2026
6. "Forsaj" "Vitapharm-Com" MMC; Moldova Respublikası FRJ/C-020723; 03.07.2023- 03.07.2026
7. "Mirinda Pasta" "ACDC Kozmetik Sanayi ve Ticaret A.Ş"; Türkiyə Respublikası "Nano Pharma-F" MMC 001; 30.04.2023- 30.04.2026
8. "Silovest" "Tocura İlaç ve Sanayi ve Ticaret A.Ş"; Türkiyə Respublikası "Vest-Far" MMC 307; 10/2023-10/2026 Tadalafil
9. "Wolf Power Max" "Aspar İlaç Kozmetik Gıda San. Tic. Ltd. Şti"; Türkiyə Respublikası "Raffoce" MMC WP 00540; 21.07.2023- 21.07.2026 Tadalafil
10. "Supermax Men`s" "Aspar İlaç Kozmetik Gıda San. Tic. Ltd. Şti"; Türkiyə Respublikası Fiziki şəxs Səmədov Azər Mailxan oğlu SM 00551; 01.01.2023-01.01.2026
11. "XY Men" "CosmoActive İlaç A.Ş."; Türkiyə Respublikası 0004; 04.01.2024-04.01.2027
12. "Energon" "Saşera-Med" MMC; Rusiya Federasiyası "Vest Pharma" MMC 01; 25.10.2023- 25.10.2026 Sildenafil, Tadalafil
13. "Eromen" "Tocura İlaç ve Sanayi ve Ticaret A.Ş"; Türkiyə Respublikası "Sunay Medical Company" MMC 633; 12/2023-12/2026
14. "Mersi" "Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth. İhr. San. ve Tic. Ltd. Şti"; Türkiyə Respublikası "EN Life Group" MMC MS 00204; 01/2023-01/2026
15. "Febulus" "Saşera-Med" MMC; Rusiya Federasiyası "Glorious Pharmacy" MMC 01; 04.01.2022-04.01.2025
Məqalədə:
Xəbər lenti

Xəbər lenti