Bakı.Trend:
Məktəblərdə rüşvət halı ilə bağlı hər müraciət araşdırılır.
Trend xəbər verir ki, bunu bu gün Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bununla bağlı nazirliyə müraxiətlər olur.
"Həm mediada, həm sosial şəbəkələrdən müraciətlər qəbul edirik. Bu hallar hamısı araşdırılır və geridönüş edilir".