Bakı. Trend:
Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksi növbət ilin avqust ayına qədər istifadəyə veriləcək.
Trend xəbər verir ki, bunu bu gün "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
"Bərdə-Ağdam layihəsində yol artıq tamamlanıb. Hazırda Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksinin tikintisi həyata keçirilir. Növbəti ilin avqust ayına qədər kompleksin tamamlanması gözlənilir", - sədr vurğulayıb.