...

Yanvar-fevral aylarında 9 min nəfərə proaktiv pensiya təyinatı aparılıb - DSMF

Cəmiyyət Materials 12 Mart 2025 14:16 (UTC +04:00)
Yanvar-fevral aylarında 9 min nəfərə proaktiv pensiya təyinatı aparılıb - DSMF
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-fevral ayları ərzində 9 min nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, onların 54,97%-ni kişilər, 45,03%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində 35 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Onların 71,4%-ni kişilər, 28,6%-ni isə qadınlar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti