Bakı. Trend:
Martın 18-də Qusar şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı, Qusar Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə “Milli-mənəvi dəyərlərimizin qorunmasında Azərbaycan İlahiyyat İnstitutunun rolu” mövzusunda tədbir keçirilib.
Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasıyev, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, 2018-ci ildə Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.
Vurğulanıb ki, Azərbaycan xalqının din sahəsində yüksəkixtisaslı kadrlara olan ehtiyacını beynəlxalq standartlar əsasında təmin etmək, ilahiyyat sahəsindəki problemləri araşdıran beynəlxalq standartlı tədqiqatlar aparmaq və nəşr etmək, eləcə də milli, dini və əxlaqi dəyərləri qorumaqla Azərbaycan xalqının milli və mədəni inkişafına öz töhfəsini vermək Azərbaycan İlahiyyat İnstitutunun əsas missiyasıdır.
Sonda iştirakçıların sualları cavablandırılıb.