...

Bu il ölümündən sonra orqan bağışlamaq istəyənlərin sayı AÇIQLANDI

Cəmiyyət Materials 9 Aprel 2025 08:00 (UTC +04:00)
Bu il ölümündən sonra orqan bağışlamaq istəyənlərin sayı AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin əvvəlindən bu günə qədər 62 nəfər ölümündən sonra orqan bağışlamaq üçün müraciət edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ölümündən sonra orqan bağışlayanların sayında artım müşahidə olunur. Müraciət edənlərin yaşı 18-dən yuxarıdır.

Xatırladaq ki, bir neçə ay əvvəl Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova mətbuat konfransında son iki il ərzində ölümündən sonra donor olmaq istəyənlərin sayının təxminən 100-ə qədər olduğunu qeyd etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti