...

Bu il neçə orqan transplantasiyası əməliyyatı icra edilib?

Cəmiyyət Materials 9 Aprel 2025 08:05 (UTC +04:00)
Bu il neçə orqan transplantasiyası əməliyyatı icra edilib?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin əvvəlindən bu günə qədər 46 orqan transplantasiyası əməliyyatı icra edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 17-si böyrək,13-ü qaraciyər, 4-ü sümük iliyi, 12-si isə buynuz qişa əməliyatlarıdır.

Xatırladaq ki, bir neçə ay əvvəl Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova mətbuat konfransında qeyd etmişdi ki, Azərbaycanda 1 000-dən çox böyrək, 500-dən çox qaraciyər, 300-dən çox gözün buynuz qişası transplantasiyası həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti