...

Ehtiyata buraxılan kursantların ehtiyatda olmasının son yaş həddi müəyyənləşir

Cəmiyyət Materials 11 Aprel 2025 12:50 (UTC +04:00)
Ehtiyata buraxılan kursantların ehtiyatda olmasının son yaş həddi müəyyənləşir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kursant hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olmasının son yaş hədləri müəyyənləşir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda kursant hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətləri əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın son yaş hədlərinə uyğun hesablanacaq.

Mövcud qanunvericiliyə əsasən, ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür və aşağıdakı son yaş hədlərinədək ehtiyatda olurlar:

Hərbi vəzifəlilərin heyəti

Ehtiyatda olmanın son yaş hədləri

birinci dərəcə

ikinci dərəcə

üçüncü dərəcə

Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar

35 yaş

45 yaş

50 yaş

Kiçik zabitlər

50 yaş

-

55 yaş

Baş zabitlər: mayor və polkovnik-leytenantlar

50 yaş

-

55 yaş

polkovniklər

55 yaş

-

60 yaş

ali zabitlər

60 yaş

-

65 yaş

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti