...

Kursantların bu günlərdə təhsil müəssisəsindən buraxılmalarına icazə veriləcək

Cəmiyyət Materials 11 Aprel 2025 12:50 (UTC +04:00)
Kursantların bu günlərdə təhsil müəssisəsindən buraxılmalarına icazə veriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kursantlar (gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi yerdən bölük komandiri tərəfindən yalnız hərbi and içəndən sonra buraxılacaqlar.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidməti Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, kursantların həftələrarası istirahət və iş günü hesab edilməyən bayram günlərində növbəti tədris günü saat 08:00-dək buraxılmalarına icazə veriləcək.

4-cü və 5-ci kursların cari qiymətləndirmədən müvəffəq qiymət alan intizamlı kursantlarının yuxarıda göstərilən günlərdən əlavə olaraq digər günlərdə tədris məşğələləri və müstəqil hazırlıq saatları bitdikdən sonra növbəti tədris günü saat 08:00-dək buraxılmalarına icazə veriləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti