...

Ağdərənin Həsənriz kəndi içməli su ilə təchiz edilir? - AÇIQLAMA

Cəmiyyət Materials 14 Aprel 2025 12:27 (UTC +04:00)
Ağdərənin Həsənriz kəndi içməli su ilə təchiz edilir? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdərə rayonunun Həsənriz kəndinə artıq 70 ailə ( 238 nəfər ) köçürülüb. Kənddə yenidənqurma, tikinti və bərpa işləri də gedir. Həsənriz kəndində bütün sosial və kommunal xidmətlər də yenidən qurulub.

Bəs kənd içməli su ilə necə təchiz olunur?

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Ağdərə rayonunun Həsənriz kəndinin su təchizatı həcmləri 450 və 60 kubmetr olan iki anbar vasitəsilə təmin edilir.

"Turağayçay çayından götürülən su sutəmizləyici qurğulardan keçərək, standartlara uyğun şəkildə təmizlənərək emal olunur və paylayıcı kəmərlər vasitəsilə anbarlara, oradan da yaşayış evlərinə ötürülür", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti