...

Cəmiyyət müəllimə çox yüklənib, bəzi təşəbbüslər valideynlər tərəfindən irəli sürülür – Deputat

Cəmiyyət Materials 11 İyun 2025 15:30 (UTC +04:00)
Cəmiyyət müəllimə çox yüklənib, bəzi təşəbbüslər valideynlər tərəfindən irəli sürülür – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər rayonların birində müəllimə üzük bağışlanması məsələsi gündəmə gəldi. Müəllimlər nümunəvi olmalıdırlar. Azərbaycan mətbuatında müəllimlərlə bağlı yazılar görürük. Biz və media müəllimin nüfuzunu qorumalıyıq.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin bu gün keçirilən iclasında “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, bu məsələ ilə bağlı ciddi formada davamlı olaraq müzakirələrin aparılması müəllim obrazı ilə bağlı mənfi nəticələrə gətirib çıxarır.

“Bizim cəmiyyət müəllimə çox yüklənib. Müəllim rüşvət ala bilməz, amma davamlı olaraq müəllimin hədəfə alınması onun tədris prosesindəki fəaliyyətinə mənfi təsir göstərir. Ona görə çağırış edirəm ki, bu kimi məsələlərdə dəqiqləşdirmə aparmalıyıq. Son hadisələr göstərir ki, bəzi təşəbbüslər valideynlər tərəfindən irəli sürülür. Valideynlər də bundan uzaq olmalıdırlar”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti