Bakı.Trend:
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisə noyabrın 12-də Gəncə şəhəri Bayan küçəsində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Məhəmməd Tağıyev Gəncə şəhəri Bayan küçəsində aralarında yaranmış mübahisə zamanı 1985-ci il təvəllüdlü həmin şəhər sakini Rövşən Vəliyevə bıçaqla vuraraq ona bədən xəsarəti yetirib.
Faktla bağlı Gəncə şəhər BPİ-də CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanıb və M.Tağıyev şübhəli şəxs qismində tutulub.
