...

Nazirlik Ağdamın balaca sakinlərini müayinədən keçirdi (FOTO)

Cəmiyyət Materials 23 Yanvar 2026 15:34 (UTC +04:00)
Nazirlik Ağdamın balaca sakinlərini müayinədən keçirdi (FOTO)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən 23 yanvar tarixində “Qarabağa Qayıdış” Dövlət Proqramı çərçivəsində Ağdam rayonunda uşaqlar üçün kompleks səyyar tibbi müayinələr təşkil olunub.

Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

Tədbirin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayan uşaqların sağlamlığının qorunması, vaxtında diaqnostika və profilaktik tədbirlərin aparılması, habelə regionda səhiyyə xidmətlərinin əlçatanlığının artırılmasıdır.

Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim heyəti tərəfindən Ağdam rayonunda ümumilikdə 200-ə uşaq kompleks müayinələrdən keçirilib. Müayinələr pediatr, uşaq kardioloqu, nevroloq, otorinolarinqoloq (LOR), oftalmoloq, USM həkimi və digər ixtisaslı həkimlər tərəfindən aparılıb. Uşaqlara aşağıdakı müayinə və prosedurlar həyata keçirilib:

- Ümumi kliniki müayinə və antropometrik ölçülər
- Ürəyin USM (exokardioqrafiya)
- Qarın boşluğu orqanlarının USM
- Görmə və eşitmə müayinələri
- Nevroloji statusun qiymətləndirilməsi

Səhiyyə Nazirliyi və institut tərəfindən həyata keçirilən bu tədbir “Böyük Qayıdış” prosesinin səhiyyə komponentinin gücləndirilməsinə xidmət edir və gələcəkdə digər rayonlarda da analoji aksiyaların keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti