Bakı. Trend:
Ötən il ölkəyə idxal edilən palma yağlarının miqdarı 36 faiz azalıb.
Trend xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə heyətinin sədri Əli Nəbiyev 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, idxal edilən bütün mallar ekspertizadan keçirilir:
"Hər hansı uyğunsuzluq halı aşkarlandıqda məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınır. Qeyd edim ki, ötən il ölkəyə idxal edilən palma yağlarının miqdarı xeyli azalıb".
