Bakı. Trend:
Uşaqda patoloji sarılığın inkişaf etməsinin qeysəriyyə əməliyyatı ilə heç bir əlaqəsi yoxdur.
Bunu Trend-ə müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli bildirib.
Onun sözlərinə görə, Qeysəriyyə əməliyyatından sonra körpədə sarılıq müxtəlif səbəblərdən yarana bilər:
“Ana südü ilə bağlı amillər, qan qrupu uyğunsuzluğu və irsi xəstəliklər patoloji sarılığa səbəb olan əsas faktorlardandır. Eyni zamanda, yenidoğulmuş körpənin həddindən artıq isti mühitdə saxlanılması, kifayət qədər qidalanmaması və infeksiyalar da sarılığın yaranmasına gətirib çıxara bilər. Bu baxımdan fizioloji və patoloji sarılığın düzgün differensial diaqnostikası, eləcə də patoloji sarılığın vaxtında və düzgün müalicəsi əsas əhəmiyyət daşıyır. Az çəkili, vaxtından əvvəl doğulmuş və infeksiyalaşması olan yenidoğulmuşlarda sarılıq daha uzunmüddətli və intensiv formada müşahidə olunur”, - həkim qeyd edib.
