Bakı. Trend:
Yanvar ayı ərzində işğaldan azad olunan ərazilərdə 37 tank əleyhinə mina, 337 piyada əleyhinə mina, 1364 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında qeyd olunub.
Məlumata görə, 1738.3 hektar ərazi minalardan təmizlənib.
