Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz Rayon prokuroru Rəşad Məmmədovun, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Qalağan kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Qalağan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qalağan, Hacılar, Sayad, Keymərəz, Ərəb və Məmmədxanlı kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər.
Həmçinin məşğulluq, qaz təchizatının bərpası, daxili yolların təmiri və suvarma kanallarının təmizlənməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlər tərəfindən qaldırılan məsələlərin araşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib, bəzi müraciətlər yerindəcə həll edilib.
Kənd sakinləri əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.