...

SƏRBƏST GÜLƏŞ ÜZRƏ KOMANDA TBİLİSİDƏ ÜÇ MEDAL QAZANIB

Cəmiyyət Materials 22 İyun 2005 12:35 (UTC +04:00)

Azərbaycanın güləş üzrə komandası Gürcüstan pəhləvanı Vaxtan Balavadzenin şərəfinə keçirilən beynəlxalq turnirdə üç bürünc medal qazanıb. Trend agentliyinin məlumatına əsaasən, bizim kollektivdə Arif Zamanov 55 kq, Emin Əzizov 66 kq və Vüqar Qurbanov 96 kq çəki dərəcəsində fərqlənib. Vüqarın oyunu məşqçi heyətini xüsusilə sevindirib. O, milli komandanın tərkibində Dünya Kuboku sahibi olub və son zamanlar yaxşı oyun nümayiş etdirir.

Yarışlarda 15 ölkədən 170 idmançı iştirak edib. Azərbaycanı 5 idmançı təmsil edib.

Xatırladaq ki, Gürcüstandakı turnirlə yanaşı Dağıstanda da yarış keçirilib. Lakin orada bizim pəhləvanlarımız uğur qazanmayıblar.

Xəbər lenti

Xəbər lenti