...

MƏTBUAT ŞURASI KİV-LƏRDƏ "QARA PİAR"IN DAYANDIRILMASINA QİSMƏN NAİL OLUB

Cəmiyyət Materials 29 İyul 2005 17:41 (UTC +04:00)

Mətbuat Şurası və Milli Teleradio Şurası iyulun 28-də ölkə jurnalistlərinə müraciət etdikdən dərhal sonra, bu qurumlar bir sıra aparıcı kütləvi informasiya vasitələri ilə əlaqə saxlayıb, problemlərin yoluna qoyulması istiqamətində müzakirələr aparıblar. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

Qurumdan bildirilib ki, KİV-lərlə aparılan danışıqlar nəticəsində "Lider" televiziyasının iyulun 28-də yayımlanan verilişlərində siyasi liderlərlə bağlı təhqiramiz materiallar yayımlanmayıb. Eyni meyl "Azadlıq" və "Bizim yol" qəzetlərində də nəzərə çarpıb.

Mətbuat Şurası bütün bunları media məkanımızda sivil jurnalistika prinsiplərinə sayğılı yanaşma sahəsində yaranmaqda olan kövrək anlaşmanın əlamətləri kimi qiymətləndirib. MŞ bir daha ölkə KİV-lərini bu addımların möhkəmləndirilməsi üçün təşəbbüskarlığı davam etdirməyə çağırıb.

Qeyd edək ki, Mətbuat Şurası ilə Milli Teleradio Şurası ölkə jurnalistlərinə müraciət edərək media təmsilçilərindən təhqirlərə, qərəzli, diqəqləşdirilməmiş materialların verilməsinə son qoyulması, jurnalistlərin peşə davranışı qaydalarına sayğılı yanaşmasını tələb etmişdi.

Xəbər lenti

Xəbər lenti