...

SENTYABRDA FRANSANIN TURİZM NAZİRLİYİ EKSPERTLƏRİNİN AZƏRBAYCANA SƏFƏRİ GÖZLƏNİLİR

Cəmiyyət Materials 4 Avqust 2005 14:29 (UTC +04:00)

Fransanın turizm nazirliyinin "ODİT Fransa" turizmin inikişafı idarəsinin ekspertləri sentyabrda Azərbaycana növbəti səfər etməyi planlaşdırır. Bu barədə Trend agentliyinə Azərbaycan gənclər, idman və turizm nazirliyində bildirilib.

Bu, Fransa ekspertlərinin Azərbaycana sayca ikinci səfəri olacaq.Səfərin məqsədi Azərbaycanda turizmin inkişafı strateji planının işlənib-hazırlanmasıdır.İlk dəfə onlar iyunda Azərbaycana gəlmişdi.Fransa səfirliyi, AR gənclər, idman və turizm nazirliyinin təşkil etdiyi həmin səfər çərçivəsində ekspertlər Bakıda, Abşeronda , Qubada, Şəkidə və Lahıcda olmuş, bu regionların turizm imkanları ilə tanış olmuşlar.Ekspertlər həmçinin gənclər, idman və turizm nazirliyində, eləcə də ekologiya və təbii sərvətlər nazirliyində görüşlər keçirmişlər.

Görüşlərdə həm daxili, həm də xarici turizmin inkişafı, milli turist şirkətlərinin turizm işinə hazırlığı, xarici turistlərin qəbuluÖ xidmət, infrastrukturun təkmilləşdirilməsi kimi məsələlər müzakirə olunmuşdur.

Xatırladırıq ki, səfərlər Fransa Senatının tapşırığı ilə həyata keçirilir.Bu missiyanın həyata keçirilməsi barədə qərar 2004-cü ildə noyabrda Cənubi Qafqaz ölkələri parlament rəhbərlərinin Versal görüşündə qəbul edilib.

Missiyanın məqsədi Cənubi Qafqaz ölkələri - Azərbaycan, Ermənistan və Gürcüstanın turizm imkanlarının təhlili, bu ölkələrin mədəniyyət abidələrinin öyrənilməsi və strateji planın hazırlanmasıdır.

"ODİT Fransa" indiyədək YUNESKO tərəfindən üç ölkədə mədəniyyət abidələrinin aparılmış inventarizasiyasını nəzərə almalı, turizm vasitəsilə regional əməkdaşlığa təkan verməli, bu üç ölkəyə gerçəkləşdirmək imkanı olan təkliflər verməlidir.

Xəbər lenti

Xəbər lenti