...

OT ÜSTÜNDƏ XOKKEY ÜZRƏ KİŞİLƏRDƏN İBARƏT YIĞMAMIZ MALTAYA YOLA DÜŞÜB

Cəmiyyət Materials 2 Sentyabr 2005 16:25 (UTC +04:00)

Ot üstündə xokkey üzrə kişilərdən ibarət Azərbaycan yığması sentyabrın 5-də "Çelenc-2" liqasında Avropa Çempionatının yarışlarında iştirak etmək üçün Maltaya yola düşüb. İdmançılarımızla birlikdə turnirdə Malta, Danimarka və Kipr yığmaları da iştirak edəcək.

Respublikanın ot üstündə xokkey Federasiyasından Trend ə verilən məlumata görə, yarışlar sentyabrın 5-də Danimarka və Azərbaycan yığmalarının matçı ilə başlayacaq. Elə həmin gün Malta və Kipr komandaları arasında da oyun keçiriləcək.

Turnir cədvəli üzrə sentyabrın 8-də keçiriləcək yarımfinalda 1-ci yeri tutan komanda 4-cü yerdə qərarlaşan komanda ilə və müvafiq olaraq 2-ci komanda 3-cü komanda ilə oynayır. Turnirin sonuncu günündə qalibin müəyyən olunacağı final matçı keçirilir.

Qalib komanda gələn il "Çelenc-2" liqasında oynayacaq.

Xəbər lenti

Xəbər lenti