...

CÜDOÇULARIMIZ ARASINDA MÖVLUD MİRƏLİYEV DÜNYA ÇEMPİONATINDA MÜBARİZƏYƏ BİRİNCİ BAŞLAYACAQ

Cəmiyyət Materials 7 Sentyabr 2005 16:26 (UTC +04:00)

Cüdoçu Mövlud Mirəliyev (100 kq) sentyabrın 8-də Qahirədə başlayacaq dünya çempionatında birinci çıxış edəcək.

Trend in xəbər verdiyi kimi, 2003 mundialının bürünc mükafatçısı və Afina Olimpiadasının iştirakçısının əsas rəqibləri hollandiyalı Elko Van Der Gest, almaniyalı Mixael Jurak, koreyalı Yanq Sunq-Xo və qazaxıstanlı Əhəd Jikeyev olacaq.

M.Mirəliyevdən sonra üçqat Avropa çempionu Elçin İsmayılov (66 kq), Elxan Rəcəbli (81 kq), Nicat Şıxəlizadə (60 kq), Fariz Ramizzadə (90 kq) və Kifayət Qasımova (57 kq) medal uğrunda mübarizəyə başlayacaqlar.

Xəbər lenti

Xəbər lenti